Mobil versiya
Payız aylarında səhhətimizi qorumaq üçün bizə ən çox kömək edən təbii vasitə cökə çayıdır
Tarix: 04-09-2015 | Saat: 01:01
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər

Payız aylarında səhhətimizi qorumaq üçün bizə ən çox kömək edən təbii vasitə cökə çayıdır

Demək olar ki, hamı cökə çayının soyuqdəyməyə qarşı təsirli olduğunu bilir.

Bəs cökə çayının digər faydalarından da xəbərdarsınızmı?

Aia.az publika.az-a istinadən bu möcüzəvi çayın orqanizmə faydalarını araşdırıb:

Cökə çayı qədim zamanlardan bəri xalq təbabətində geniş istifadə edilib. Cökə ağacının çiçəklərinin qurudulub dəmlənməsi nəticəsində əldə edilən bu çay qrip və öskürək zamanı kömək edir. Cökə əsəbləri sakitləşdirir. Həzm sisteminə yaxşı təsir edir. Stressi azaldır. Yuxu gətirir. Gecələr yatmazdan öncə içdikdə daha rahat və dərin yuxu vəd edir.

Cökənin tərkibində "quercetin" adlı maddə var ki, onun ən önəmli xüsusiyyəti xərçəng hüceyrələrinin böyüməsinə mane olmasıdır. Cökənin tərkibindəki güclü antioksidant olan "flavonoid"lər isə iltihabı aradan qaldırır, toksinlərin orqanizmdən atılmasını təmin edir. Bu isə orqanizmin həm xərçəngdən, həm də xroniki xəstəliklərdən qorunması deməkdir.

Bəs cökə çayını necə hazırlamaq lazımdır?


Cökə çiçəyi, demək olar ki, bütün marketlərdə satılır. Açıqda satılanlar məsləhət deyil. Bir stəkan qaynar suyun içərisinə bir çay qaşığı cökə çiçəyi töküb dəmlənməsini gözləyin. 15-20 dəqiqə dəmlənməlidir. Gündə üç dəfə içə bilərisiniz.

Qeyd edək ki, çiçəklərə qarşı allergiyası olanlara cökə çayı içmək tövsiyə edilmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024