Mobil versiya
Zəfər paradı
Tarix: 04-12-2023 | Saat: 18:22
Bölmə:Özəl | çapa göndər

Zəfər paradı

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Bu Zəfər işğalın sonu oldu. 28 il işğalda qalan ərazilərimizdə qələbə bayraqları dalğalandı. Dünya bir daha inandı və əmin oldu ki, Azərbaycan Ordusu güclü ordudur. Böyük qələbələr həmişə böyük miqyasda qeyd olunur. Bu Zəfər böyük zəfər idi. Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan regionda status-kvonu saxlamaq istəyirdi. Bunun üçün bütün siyasi üsul və vasitələrdən istifadə edirdi. Ona görə dünya ictimaiyyəti Azərbaycan Ordusunun zəfərinə tarixi Zəfər dedi. Tarixi Zəfərdən az sonra – dekabrın 10-da Bakının Azadlıq meydanında parad keçirildi. “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev belə dedi. Bu qüruru dnüya azərbaycanlıları da, Azərbaycanı sevən dövlətlərin vətəndaşları da qürurla yaşadı.
Bu paradda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və digər qoşun birləşmələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əlahiddə Ümumqoşun Ordunun, Raket və Artilleriya Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularının tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin, qəhrəman əsgər və zabitlərimizin vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəçisi idi.
Bu parad dünyəvi niyyətlər, bəşəri niyyətlər paradı idi. Parad dünyəviliyə, bəşəriliyə yad niyyətlərin sonda məğlub olacağının təsdiqi kimi izlənildi. Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025