Mobil versiya
Samux rayonunda 9 müraciət ünvanlandı -Fotolar
Tarix: 04-12-2023 | Saat: 17:32
Bölmə:Seçki 2024 | çapa göndər

Samux rayonunda 9 müraciət ünvanlandı

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Samux rayonunda təşkil olunub. 9 müraciətin ünvanlandığı aksiyada sakinlərin istəkləri müxtəlifliyi ilə seçilib. Qaz sayğacının yerinin dəyişdirilməsilə yanaşı, yenisi ilə əvəzlənməsini də xahiş edən olub. Aksiyanın keçirildiyi Sərkar kəndinə qonşu Qarabağlı kəndindən qatılan Arzu İsmayılov genişlənmiş ərazidə yaşayan 17 fərdi yaşayış evinin sakinləri adından çıxış edərək küçə qaz xətlərinin çəkilməsini istəyib. Qeyd edilən müraciətlərlə bərabər debitor borcun ödənilməsinə möhlət verilməsini istəyən fərdi sahibkarlar da mikrofon önünə çıxaraq problemlərini dilə gətiriblər. Hər bir müraciət araşdırılması üçün Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə