Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir -Fotolar
Tarix: 04-12-2023 | Saat: 16:47
Bölmə:Seçki 2024 | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Dahi Rəhbər, Böyük Xilaskar, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir. Müqəddəs məkana çevrilmiş Qazax rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı” günlərində rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları gənclər, fəal iştirak edirlər.
4 dekabr 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərin əziz xatirəsinə bir daha hörmət və ehtiramlarını bildirdilər.
Sonra Aparat işçiləri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular, Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izlədilər.
Sonda Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan dövlətinin xəritəsi ətrafında Dahi Rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası və misilsiz xidmətləri barəsində geniş söhbətlər aparıldı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə