Mobil versiya
“Atsız atlı” filminin aktyoru səhrada avtomobil qəzası keçirərək dünyasını dəyişib
Tarix: 04-12-2023 | Saat: 13:49
Bölmə:Özəl | çapa göndər

“Atsız atlı” filminin aktyoru səhrada avtomobil qəzası keçirərək dünyasını dəyişib

Misirin məşhur kino, teatr və serial aktyoru Əşrəf Əbdül Qafur faciəvi şəkildə dünyasını dəyişib.Gulf Today-in bu gün verdiyi məlumata görə, 81 yaşlı veteran dekabrın 3-də Qahirə və İsgəndəriyyə arasındakı avtomobil yolunda səhrada avtomobil qəzası nəticəsində ölümcül yaralanıb.

Aktyorun həyat yoldaşı maşında olub, o da yaralanaraq xəstəxanaya yerləşdirilib. Qafurun şirkəti mətbuata acınacaqlı məlumatı təsdiqləyib.

Əşrəf Əbdül Qafur 1942-ci ildə anadan olub. 1960-cı illərin əvvəllərindən səhnədə. Bir az sonra çəkilişlərə başladı. Filmoqrafiyaya “Şeytan”, “Həqiqət və illüziyalar”, “Mesaj”, “Atsız atlı” və onlarla başqa filmlər daxildir.

Aktyor xüsusilə tarixi layihələrdə və dini mövzulu filmlərdə və seriallarda oynadığı rollarla tanınıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə