Mobil versiya
Razı olan, narazı qalan sahibkarlar "Açıq mikrofon"da -Fotolar
Tarix: 29-11-2023 | Saat: 20:44
Bölmə:Seçki 2024 | çapa göndər

Razı olan, narazı qalan sahibkarlar "Açıq mikrofon"da

SOCAR-ın "Azəriqaz" İB tərəfindən keçirilən "Açıq mikrofon" aksiyası Şəmkir rayonunda baş tutub. Əliyaqublu kəndində sahibkarlar üçün təşkil olunan "Səyyar qəbul otağı"nı giriş sözü ilə Şəmkir RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi mikrofon önünə çıxıb. Hər zaman kiçik və orta sahibkarlara dəstəyin göstərildiyini və bundan sonra da bu missiyanın davam etdiriləcəyi vurğulanıb. Daha sonra növbə sahibkarlara çatıb. Qaz təchizatında çətinliklə üzləşən sahinkarlar narazılıq, əksini yaşayanlar isə razılıq edərək minnətdarlıqlarını ifadə ediblər. Narazılıqlar isə debitor borcun araşdırılması və fərdi qaydada qaz xətlərinin çəkilməsi ilə qaz sayğaclarının quraşdırılmasından ibarət olub. Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan problemlərin aidiyyəti üzrə yönləndiriləcəyini bildirərək lazımi qeydiyyatlarını aparıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə