Mobil versiya
Susuz qalan 100-lərlə ailə yağışın yağmasına sevinir - FOTO
Tarix: 17-09-2016 | Saat: 17:24
Bölmə:Aia TV | çapa göndər

Susuz qalan 100-lərlə ailə yağışın yağmasına sevinir - FOTO





Göygöldə 100-ə yaxın ailənin ümidi yağış sularına qalıb.

Yeni Qızılca kəndinin sakinləri susuzluğun çarəsini bunda görür. Yaxşı ki, yaxınlıqdan keçən Qoşqar çayı da var, yoxsa sakinlərin vəziyyəti daha betər olar.

Aia.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Göygölün Yeni Qızılca kəndinin bir hissəsində yetərincə artezian quyuları qazılsa da, yerdə qalan əhalinin ümidi yalnız bir quyuya qalıb. Bu da tələbatı ödəmədiyindən sakinlər üz tutur çirkab sularının da axıdıldığı Qoşqar çayına.

İsa Hüseynov - sakin: "Biz kanalizasiya suyundan istifadə edirik. Uşaqlarımız qotur olur. Biz pis gün çəkirik. Asfaltın o biri tərəfində heç olmasa 10-15 artezian var. Bizdə isə bir dənə artezian yoxdur".

Qızılca kəndində qarşılaşılan maraqlı məqamlardan biri də dam örtüyündən çənlərə su xəttinin çəkilməsidir. Belə ki, sakinlər yağış sularını dam örtüyündən çənlərə axıtmaq üçün rezin borularla əlavə su xətləri çəkirlər.

Gülümzər Məmmədova - sakin: "Biz yağış yağması üçün yalvarırıq. Deyirik, ay Allah, yağış yağsın bizim qablarımız yağış suyu ilə dolsun. Heç bir yerdən imkan yoxdur. İçməli suyu maşınlardan alırıq".

Yağış, çay suyu ilə yaşayanların dərdinə heç Göygöl Rayon Suvarma Sistemləri İdarəsində də çarə tapa bilmirlər. Çünki qazılan artezian quyularından su əldə etmək olmur.

Məhəbbət Məmmədov - Göygöl Suvarma Sistemləri İdarəsinin aparıcı mütəxəssisi: "Geoloqlar baxıb orada suyun olmadığını deyiblər. Biz də bir artezian qazdıq su çıxmadı. Ona görə də həmin ərazidə əhaliyə suyun verilməsini öz axını ilə hərəkət edən kanallardan istifadə edirik. Qoşqar çayından su kəməri çəkmişik. Nəzərdə tutulub ki, orada su təmizləyici qurğu quraşdırılsın. Biz suvarma məqsədi ilə o suyu veririk və həmin su da suvarmaya yararlıdır".

İdarədən əmin edirlər ki, qısa müddət ərzində Yeni Qızılca sakinlərinin susuz qalan hissəsi aydınlığa çıxacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024