Mobil versiya
“Səyyar qəbul otağı” Ağstafa rayonunda təşkil olundu -Foto
Tarix: 27-11-2023 | Saat: 21:25
Bölmə:Seçki 2024 | çapa göndər

“Səyyar qəbul otağı” Ağstafa rayonunda təşkil olundu

Həftənin ilk “Açıq mikrofon” aksiyası Ağstafa rayonunun Köçəsgər kəndində baş tutub. 20-yə yaxın müraciətin ünvanlandığı “Səyyar qəbul otağı"na rayonun Poylu, Aşağı Kəsəmən və Eynallı kəndlərindən də sakinlər qatılıb. Poylu kəndindən 1 nəfərin müraciəti 18 evin sakini adından ünvanlanıb ki, bu da küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub. Digər problem və təkliflərə gəlincə, bunlar qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, debitor borcun araşdırılması, qapı keçidinin quraşdırılması kimi məsələlərə aid olub. Aksiyaya ev sahibliyi edən Köçəsgər kəndində ünvanlanan bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri suallar barədə ətraflı izahatlar verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə