Rövnəq Abdullayev: Azərbaycanda benzin çox ucuzdur Benzin bahalaşır
Tarix: 16-09-2016 | Saat: 12:57
Bölmə:İqtisadiyyat | çapa göndər
“İdxal bizə zərər vurub”.
“Azərbaycanda benzin çox ucuzdur”.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
O qeyd edib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: “Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də, heç kim bura benzin gətirməyəcək.
Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib.
Buna görə də biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024