Mobil versiya
Mikayıl Cabbarov Peter Siyarto ilə GÖRÜŞDÜ
Tarix: 23-11-2023 | Saat: 18:15
Bölmə:İqtisadiyyat | çapa göndər

Mikayıl Cabbarov Peter Siyarto ilə

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikası, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüslər müzakirə olunub.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Nazirlər Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin müsbət dinamikasını, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən birgə təşəbbüsləri vurğulayıb, SPECA Rəhbər Şurasının 18-ci iclasında müzakirə edilən məsələlərin regional əməkdaşlığın inkişafında önəmini qeyd ediblər.

Tərəflər “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsinin ölkələrimiz arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətini bir daha vurğulayıb, bundan başqa enerji sahəsində əməkdaşlığın perspektivləri, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, “yaşıl” enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024