Mobil versiya
Şəhid Rzayev Hüseyn Aslan oğlunun məzarı ziyarət edilib -Foto
Tarix: 23-11-2023 | Saat: 18:04
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid Rzayev Hüseyn Aslan  oğlunun məzarı  ziyarət edilib

aia.az xəbər verir ki, 23.11.2023-ci il tarixində YAP Gədəbəy rayon Təşkilatının sədr müavini Zaur Mehdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin əməkdaşı eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Novosaratovka kənd sakini Rzayev Hüseyn Aslan oğlunun üçüncü ildönümü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxundu. Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə