Mobil versiya
Gəncədə “Heydər Əliyev İli“ çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tarix: 22-11-2023 | Saat: 13:34
Bölmə:Seçki 2024 | çapa göndər

Gəncədə “Heydər Əliyev İli“ çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Gəncə şəhərində silsilə tədbirlər keçirilir.

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə 7 saylı orta məktəbin həyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhər icra hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və digər təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, şəhər ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə vermək olub.
Aksiya iştirakçıları tərəfindən müxtəlif növ şam və sərv ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
Qeyd edək ki, şəhər ərazisində növbəti həftələrdə də genişmiqyaslı aksiyaların keçirilməsi nəzərdə tutulub.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə