Mobil versiya
İraq Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Tarix: 20-11-2023 | Saat: 11:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

İraq Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.

aia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verdi.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024