Mobil versiya
Bakıda sənədsiz evlərin söküntüsü başlandı (VİDEO)
Tarix: 09-09-2016 | Saat: 13:40
Bölmə:Seçilənlər-5 | çapa göndər



Yasamal rayonunda Qanlı gölün ətrafındakı söküntü işləri sakinlərin narazılığına səbəb olub.

Göl ətrafındakı evlərin həyətyanı və təsərrüfat sahələri icra hakimiyyəti orqanının işçiləri tərəfindən sökülüb.

Sakinlərin sözlərinə görə, onlara heç bir xəbərdarlıq edilmədən söküntü işlərinə başlanılıb.

Əsas səbəb kimi həmin ərazilərdəki tikililərin sənədlərinin olmaması göstərilib, amma sakinlər evlərinin sənədlərinin olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq. İcra hakimiyyəti başçısının müavini Səməd İslamov bildirdi ki, söküntü işlərinin aparıldığı bütün ərazilər sakinlər tərəfindən qanunsuz olaraq zəbt edilən yerlərdir. O, yaxın müddətdə ordakı evlərin də söküntüsünə başlanılacağını, amma sənədinin olub-olmamasından asılı olmayaraq hər kəsə kompensasiya ödəniləcəyini də dedi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024