Əməkdar artist xəstəxanadan evə buraxıldı
Tarix: 13-11-2023 | Saat: 18:00
Bölmə:Şou-biznes | çapa göndər
Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşdiyi üçün noyabrın ilk günündə xəstəxanaya yerləşdirilib.
aia.az bildirir ki, qarmon ustadının sağlamlıq vəziyyətini xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
Dəstəyi qaldıran Əməkdar artistin köməkçisi G.Şükürlünün artıq evdə olduğunu bildirib:
"Gülbahar xanımın vəziyyəti ağırlaşdığı üçün o, ötən həftə xəstəxanaya yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb. Noyabrın 3-də Gülbahar xanım xəstəxanadan evə buraxılıb. Artıq bir həftədir ki, evdədir. Özünü ötən günlərə baxanda daha yaxşı hiss edir. Müalicələri həkim nəzarətində ev şəraitində davam edir. Ümid edirik ki, gələn həftə Gülbahar xanım efirlərə çıxacaq".
Qeyd edək ki, ötən həftə Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.
Qarmon ustadı şişin ölçülərinin kiçik olduğundan əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-11-2024