"Bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır" - Deputat
Tarix: 13-11-2023 | Saat: 17:39
Bölmə:Təhsil | çapa göndər
"Bu gün əksər Azərbaycan televiziyalarının efirini milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir".
aia.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, televiziyalar bunu maliyyə gəlirləri ilə əlaqələndirirlər:
"Ancaq düşünürəm biz daha çox maarifləndirici, qələbəmizin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş verilişlərə üstünlük verməliyik. Bu cür verilişlərin maliyyələşdirilməsi mexanizmləri barədə düşünməliyik".
Deputat qeyd edib ki, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var: "Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024