“Məqsədimiz dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqdır” - Mikayıl Cabbarov
Tarix: 13-11-2023 | Saat: 12:41
Bölmə:İqtisadiyyat | çapa göndər
“Məqsədimiz dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqdır”.
aia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bundan əlavə onlarda dövlət büdcəsinə dividend ödənilməsi ənənəsini formlaşdırmaqdır: "Bu da dövlət büdcəsində öz əksinə tapır. Təsadüfi deyil ki, İnvestisiya Holdinqinə daxil olan 12 şirkətdən 8-i artıq dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin 20222-ci ildə cəmi əməliyyat mənfəətliyi 15 milyard manatı keçib".
M.Cabbarov deyib ki, gələn il dövlət büdcəsində SOCAR üzrə divident ödənişi artıq nəzərdə tutulub.
"Növbəti illərdə digər dövlət şirkətləri üzrə də dividend siyasətinin hazırlanmasını vacib hesab edirik. Bu istiqamətdə Baş nazirin rəhbərliyi ilə İnvestisiya Holdinqinin Müşahidə Şurasında fəaliyyətlər həyata keçirilir”, - Mikayıl Cabbarov qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024