Sosial-İqtisadi Kollecdə Zəfər bayramı qeyd edildi -Fotolar
Tarix: 07-11-2023 | Saat: 15:50
Bölmə:Gündəm / Təhsil | çapa göndər
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Sabunçu Gənclər və idman sektoru ilə birgə “8-noyabr Zəfər Günü”nə həsr olunmuş “Zəfərin mübarək,ey vətən!”adlı tədbir keçirilib.
Tədbirdə Sabunçu gənclər və idman sektorunun müdiri Rakif Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon filialının sədri Çingiz Tağıyev və Vətən müharibəsi Qaziləri iştirak etmişlər.
aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərərk “Zəfər Günü” münasibətilə hər kəsi təbrik edib.O,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirib. Qarabağ probleminin birdəfəlik həllindən danışarkən, qələbəmizi şərtləndirən amillərə dönə-dönə qayıtmağın, nəzər yetirməyin vacibliyini vurğulayıb.
Sabunçu gənclər və idman sektorunun müdiri Rakif Əliyev də öz növbəsində çıxışında Ulu öndər Heydər Əliyevin 100 illiyi qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpasının böyük rəmzi məna daşıdığını qeyd edərək, Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya gücümüzü, mətinliyimizi, mübarizliyimizi nümayiş etdirdiyini bildirib.
Sonra tədbir bədii hissə ilə davam etdi və tədbir iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim edildi.
Tədbirdən sonra Kollecin rəhbərliyi və müəllim heyəti ilə qazi məzunların səmimi görüşü keçirildi və sonda xatirə şəkli çəkdirildi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024