AZƏRBAYCAN TÜRK DÜNYASINDA BÖYÜK NÜFUZA SAHİBDİR!
Tarix: 06-11-2023 | Saat: 15:35
Bölmə:Özəl | çapa göndər
Qazaxıstanın paytaxtı Astana şəhərində noyabrın 2-də Türk Dövlətləri Təşkilatının “Türk əsri!” şüarı altında keçirilən 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirib.«Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir»,-deyən dövlətimizin başçısı çıxışında onu da vurğulayıb ki, etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil edir: «2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub: "Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir".Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub.
“2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - deyə cənab Prezident İlham Əliyev vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü zamanı Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. Bu gün ölkəmizin günü-gündən dünya dövlətləri arasında prestijinin artması ilə bir çox ölkələr,o cümlədən, Mərkəzi Asiya dövlətləri Azərbaycanla münasibətlərə isti yanaşır.Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edib. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həm ölkə daxilində, həm də ölkə xaricində balanslaşdırılmış siyasət yürüdür. Məhz buna görə də son illərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq arenada dostluq etdiyi ölkələrin sayı durmadan artır. Ölkəmizin tərəfdaşlarının artması isə dövlətimiz adına yalnız uğur gətirə bilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan özünə xeyli dost və qardaş ölkə qazana bilib. Son dövrlər Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Zirvə görüşü türkdilli dövlətlərin mövcud sıx əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsinə müsbət təsirini göstərəcəkdir.Bir sözlə, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın geniş perspektivləri var və gələcək illərdə mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacaq. Bu gün real mənzərə onu deməyə əsas verir ki, türk birliyi qlobal gücə çevrilib və Zirvə görüşü türkdilli dövlətlərin mövcud sıx əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsinə müsbət təsirini göstərəcəkdir. Dövlət başçımızın söylədiyi kimi: «Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq».
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər