Şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması Xətai rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdəndir
Tarix: 03-11-2023 | Saat: 12:16
Bölmə:Özəl | çapa göndər
Ölkə Prezidenti cənab İlham Əliyevin son 20 il ərzində davamlı olaraq uğurla həyata keçirdiyi məqsədyönlü siyasi kurs ölkənin iqtisadi, siyasi, sosial həyatında çox mühüm naliyyətlərin əldə edilməsinə səbəb olub. Xüsusilə Azərbaycanın üç il bundan öncə apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən möhtəşən bərpa və yenidənqurma işləri bu gün bütün dünyanın diqqətini özünə çəkir. Digər tərəfdən isə, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi inkişaf ölkənin bütün digər bölgələrində, bütün rayon və şəhərlərimizdə quruculuq işlərinin yüksək səviyyədə davam etdirilməsinə əlverişli zəmin yaradıb. O cümlədən günü-gündən gözəlləşən paytaxt Bakımızda həyata keçirilən abadlıq-quruculuq işləri də doğma şəhərimizin simasını sürətlə dəyişir və dəyişikliklər həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının heyranlığına səbəb olur.
Əlbəttə ki, ölkəmizdə və paytaxtda müşahidə olunan hərtərəfli inkişafın təsirləri Bakının Xətai rayonunda da öz bariz təzahürlərini tapmışdır. Qeyd etmək lazımdır ki, vətəndaş məmmunluğunun təmin edilməsi, genişmiqyaslı abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması Rafiq Quluyevin rəhbərlik etdiyi Xətai rayon İcra Hakimiyyətinin hər zaman prioritet istiqamət kimi müəyyən etdiyi məsələlər olmuş, möhtərəm dövlət başçımızın qarşıya qoyduğu vəzifə və tapşırıqların effektiv icrası istiqamətində bütün qüvvələr səfərbər edilmişdir. Xətai rayonunda görülən işlər özünün ünvanlı, ardıcıl, sistemli olması ilə ümumilikdə Bakı şəhərində davam etdirilən abadlıq-quruculuq işlərinin genişlənməsi və paytaxtın kompleks inkişafını təmin edilməsi məqsədlərinə xidmət edir. Əlbəttə ki, bütün bu görülən işlər rayon sakinlərinin də ürəyincədir. Vətəndaşların bu məmnunluğu Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin sakinlərlə mütəmadi olaraq keçirdiyi görüşlərin gedişində də özünü açıq-aşkar büruzə verir. O cümlədən, Xətai rayonu 55 saylı tam orta məktəbdə oktyabrın 25-də keçirilmiş növbəti görüş zamanı sakinlər öz razılıqlarını ifadə edərək, əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Qeyd edək ki, belə görüşlər zamanı sakinlərin arzu və təkliflər dinlənilir, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilir. Həmçinin bu tədbirlərin gedişində RİH-nin başçısı Rafiq Quluyev çıxış edərək ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verir.
Az öncə də qeyd etdiyimiz kimi, Xətai rayonunda şəhid və qazi ailələrinin qayğılarının ön planda saxlanılması, şəhidlərimizin əziz xatirələrinin hər zaman yad olunması kimi məsələlər daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə rayon rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı tez-tez anım tədbirləri keçirilir. O cümlədən, oktyabrın 29-da Vətən Müharibəsi şəhidləri Rzazadə Həsən Vüqar oğlu, Daşdəmirov Sahib Natiq oğlu və Vətən Müharibəsi Qəhrəmanı Həsənov Ceyhun Aydın oğlunun, oktyabrın 30-da isə Antiterror tədbirləri zamanı şəhid olan İsmiyev Zeynal Mustafa oğlunun məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub. Mütəmadi olaraq keçirilən belə tədbirlərin gedişində İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə söhbət edir, onların qayğıları ilə maraqlanır, mövcud problemlərin həlli istiqamətində konkret tədbirlər görülür.
Oktyabrın 30-da isə Xətai rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Vətən müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun şəhadətinin 3-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, savaşın başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi və bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular: “Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Torpaqlarımızı Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənov kimi igid Vətən övladlarının qanları, canları bahasına azad etdik. Belə igid qəhrəman övlad böyütdüklərinə görə Ceyhunun valideynlərinə minnətdarlığımı bildirirəm, onların qarşısında baş əyirəm. Allah şəhidimizə rəhmət eləsin!” – deyə, Rafiq Quluyev çıxışını başa vurub.
Sonda belə bir diqqətəlayiq məqamı da qeyd edək ki, Xətai rayonunda Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş tədbirlərə artıq oktyabr ayının sonlarından start verilib. Belə ki, 28 oktyabr 2023-cü il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu möhtəşəm günə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid ataları, qazilər, rayonun idarə-müəssisə kollektivləri və sakinlər iştirak ediblər. Ağacəkmə aksiyası çərçivəsində “Gənclik” parkında Gəncə prospekti 63, 65, 67 ünvanlarında 1500-dən çox ağac əkilib. Aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizə qələbə sevinci yaşadan şəhidlərimizin xatirəsini bir daha yad etmək, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə insanlara ətraf mühitin qorunması hissini aşılamaqdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər