Mobil versiya
Bioloji qocalmanın növləri müəyyən edilib
Tarix: 03-11-2023 | Saat: 16:12
Bölmə:Özəl | çapa göndər

Bioloji qocalmanın növləri müəyyən edilib


Stenford Universiteti Tibb Məktəbinin genetikləri bioloji qocalmanın bir neçə növünü (naxışlarını), yəni metabolik, immun, qaraciyər və nefrotik qocalmanı müəyyən edə bildilər. Bu barədə Daily Mail məlumat yayıb. Mütəxəssislər qeyd ediblər ki, insan orqanizminin bütün orqanlarının və hissələrinin qocalma sürəti müxtəlifdir. Bədəndə nasazlıqların müşahidə olunduğundan asılı olaraq, ümumilikdə dörd növ qocalma aşkar edilmişdir: immunitet sistemində, maddələr mübadiləsində, qaraciyərdə və böyrəklərdə.

Alimlər, yaşlanmanın immun tipinə malik insanların otoimmün xəstəliklərin inkişaf riski daha yüksək olduğunu göstərir. Bu, öz növbəsində, bədəndə iltihablı markerlərin səviyyəsinin artması ilə xarakterizə olunur.
Mütəxəssislər deyirlər ki, şəkərli diabet, piylənmə və ürək çatışmazlığı yaşlanmanın metabolik növü ilə inkişaf edir.

Həmçinin, onların fikrincə, qaraciyərin sirrozu və alkoqolsuz piylənmə riski qaraciyər tipi qocalma ilə baş verir. Böyrək çatışmazlığı və pielonefrit qocalmanın nefrotik növü olan insanlarda baş verir.Belə ki, insanlar qocalma növünü bilərək müxtəlif xəstəliklərin riskləri haqqında məlumat əldə edə bilirlər. Bu, onların qarşısını almağa imkan verəcək, nəşr qeyd edir.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025