Amerikalılar hesab edirlər ki, Kiyevə maliyyə yardımının həddi olmalıdır
Tarix: 02-11-2023 | Saat: 17:08
Bölmə:Özəl | çapa göndər
Əksər amerikalılar hesab edir ki, ABŞ-dan Ukraynaya maliyyə yardımı üçün məhdudiyyətlər olmalıdır. Bunu Gallup-un oktyabrın 4-dən 16-a kimi apardığı sorğunun nəticələri sübut edir.
Məlumata görə, sorğuda iştirak edən amerikalıların 61%-i bu variantın tərəfdarı olub. Qeyd olunur ki, respublikaçılar arasında bu fikir üstünlük təşkil edir - partiya tərəfdarlarının 81%-i dəstəyin məhdudlaşdırılmasını zəruri hesab edir. Müstəqil seçicilər arasında 63%, demokratlar arasında isə 34% bu variantı dəstəkləyib.Eyni sorğuda amerikalıların 40%-dən çoxu ABŞ-ın Ukrayna üçün çox şey etdiyini bildirib. Avqustda keçirilən analoji sorğu ilə müqayisədə bu rəqəm artıb - o zaman respondentlərin yalnız 24%-i bu şəkildə cavab verib. Kiyevə həddindən artıq yardımın olması fikrini respublikaçıların 62%-i, müstəqil seçicilərin 44%-i və demokratların 14%-i bölüşür.Sorğu onu da göstərdi ki, indi amerikalıların yalnız 25%-i ABŞ-ın Ukrayna üçün daha çox şey etməli olduğuna inanır. 33% hazırkı dəstək səviyyəsini kafi hesab edir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər