Mobil versiya
Partiya fəalları ilə görüş keçirilib
Tarix: 02-11-2023 | Saat: 16:44
Bölmə:Seçki 2024 | çapa göndər

Partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov, təşkilatın məsul əməkdaşları Siyasət Həsənov və Nəzrin Bayramova 02 noyabr 2023-cü il tarixində Xəzər rayonu Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi dalan 1, döngə 1 (Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi) və Buzovna qəsəbəsi Ağamalıoğlu küçəsi 39 (Hatəm İskəndərov adına 206 nömrəli tam orta məktəb) ünvanlarında partiya fəalları ilə görüş keçirmişdir.
Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı ümümmilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Keçirilən görüşlərdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan söhbət açdı. O, bildirdi ki, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev ötən 20 il ərzində daim Vətənimizin ərazi bütövlüyünün təmin olunması və onun suverenliyi, o cümlədən dayanıqlı inkişafın stabilləşdirilməsi, vətəndaşların rifahının və ordumuzun gücləndirilməsi, dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artırılması, Azərbaycanımızın ümumi tərəqqisinin əldə olunması istiqamətində yorulmadan çalışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz və ideoloji dayaqlarımız daha da möhkəmləndirildi, vətəndaş həmrəyliyi bərqərar oldu, milli maraqlarımız beynəlxalq müstəvidə ən yüksək səviyyədə qorundu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruğ"u Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra erməni terrorçuları ərazilərimizdən tamamilə uzaqlaşdırıldı. Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı dalğalandıraraq bu torpaqların əsl sahiblərinin kimlər olduğunu bütün dünyaya göstərdi.
Keçirilən görüşlərdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Hatəm İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru Cəfərzadə Cavid çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, bu ilin sentyabrın 20-də Qarabağ bölgəsində uğurla başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etməsindən danışdılar.
Görüşlərdə çıxış edən partiya fəalları bildirdilər ki, otuz ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızın azad olunması xalqımızı həm hədsiz sevindirdi, həm də onun birliyini, döyüş qabiliyyətini bütün dünyaya göstərdi.
Həmçinin, Ağamalıoğlu küçəsi 39 (Hatəm İskəndərov adına 206 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatı üzrə partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə