Seymur Məmmədov: “Ali Baş Komandanımızın mükəmməl hərbi strategiyası Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin etdi”
Tarix: 31-10-2023 | Saat: 14:26
Bölmə:Özəl | çapa göndər
“Əslində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından, Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvan mahalından didərgin salındılar. 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti torpaqlarımızın zəbt olunmasına gətirib çıxardı. Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın işğal altında qaldı. Beynəlxalq təşkilatların uzun illər ərzində yürütdükləri ikili standartlar siyasəti buna səbəb olmuşdu ki, erməni təcavüskarları özlərinin istənilən halda cəzasız qalacaqlarına artıq tam əmin olmuşdular. Bütün bu illər ərzində havadarlarından hər cür dəstək alan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə vaxtında yetişəcəklər. Məhz bu güman, daha doğrusu bu əminlik erməniləri ölkəmizə qarşı artıq yeni ərazi iddiaları ilə çıxış etməyə sövq edirdi. Lakin üç il bundan öncə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımızın qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ermənilərin və havadarlarının bölgədəki siyasətinin tam iflasına səbəb oldu.”
Bu sözləri saytımıza verdiyi müsahibəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Bulvar" MMC-nin baş direktoru Seymur Məmmədov deyib.
Müsahibimiz hərbi əməliyyatların çox qısa müddətdə başa çatması faktının Silahlı Qüvvələrimizin güc və peşəkarlığının, Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi hərbi strategiyanın mükəmməlliyinin göstəricisi olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Ordusu zəif, vahid komandanlığı, müasir silahları, hətta yetərincə silahları, kifayət qədər peşəkar komandır kadrları olmayan bir ordu idi. Ermənistan isə bir çox xarici dövlətlərdən hər cür dəstək alırdı. Bununla belə erməni ordusu yenə də torpaqlarımızın işğalını istədiyi sürətlə həyata keçirə bilmirdi. Çünki Azərbaycan xalqının əzmkarlığı, fədakarlığı bütün dövrlərdə olub və olacaq. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə vəziyyət sürətlə dəyişməyə başladı. Qısa müddət ərzində vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi, işğal olunmuş ərazilərimizin bir qismini azad etdi. Bütün bu illər ərzində ermənilər gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi mükəmməl müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.”
Öz müsahibəsində Seymur Məmmədov həmçinin cari ilin 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirinin əhəmiyyətini vurğulayaraq bunları deyib: “2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu Bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik. Təəssüflər olsun ki, həmin tarixi gündən sonra keçən üç il ərzində Ermənistan hələ də Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün adekvat addımlar atmağa hazır olduğunu nümayiş etdirməyib. Danılmaz faktlarla təsdiq olunub ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq çox sayda minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Ötən üç il ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Həmçinin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, o cümlədən iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Bütün bunlara cavab olaraq elə həmin gün Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatlarına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Azərbaycan öz suverenliyini bərpa etdi. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul edərək təslim oldular” – deyə, Seymur Məmmədov fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər