Mobil versiya
Gürcüstan prezidenti Rusiyanı köçkünlərin köməyi ilə ölkəni ələ keçirməkdə ittiham edib
Tarix: 01-11-2023 | Saat: 11:55
Bölmə:Özəl | çapa göndər

Gürcüstan prezidenti Rusiyanı köçkünlərin köməyi ilə ölkəni ələ keçirməkdə ittiham edib

Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Rusiya onun ölkəsini köçkünlərin köməyi ilə ələ keçirir. O, bu barədə CBS News-un 60 dəqiqəlik proqramında bildirib.Prezidentin sözlərinə görə, Moskva Gürcüstanda “suları sınaqdan keçirir” və guya prezident Vladimir Putin Sovet İttifaqının mümkün qədər çox keçmiş respublikasını Rusiyanın tərkibinə daxil etmək istəyir. O hesab edir ki, Ukraynadakı münaqişə Gürcüstan ərazilərinə sıçraya bilər.

Zurabişvili əlavə edib ki, xüsusi əməliyyat başlayandan sonra Gürcüstan 100 min rusun “evinə çevrilib” və etiraf edib ki, rusdilli insanlar onu əsəbiləşdirir.Bundan əvvəl Gürcüstan prezidenti bəyan etmişdi ki, Vaşinqton sadəcə öz seçiminə dəstək elan etməklə ölkəyə Avropa İttifaqına gedən yolda böyük köməklik göstərə bilər. Müsahibə zamanı o etiraf edib ki, prezident olduğu beş il ərzində nəinki ABŞ lideri ilə görüşə, hətta adi telefon danışığına belə nail ola bilməyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025