Mobil versiya
Tailand tənzimləyicisi ABŞ valyutasına alternativ təklif edib
Tarix: 01-11-2023 | Saat: 11:16
Bölmə:Özəl | çapa göndər

Tailand tənzimləyicisi ABŞ valyutasına alternativ təklif edib

Tailand Mərkəzi Bankı ABŞ dollarının təsirindən qurtulmağın yolunu tapıb. O, Cənub-Şərqi və Şərqi Asiyadakı ticarət tərəfdaşlarını Asiya valyutaları ilə regional ticarət əməliyyatları üçün hesablaşmalara keçməyə dəvət edib, Tayland Bankının (Tayland Mərkəzi Bankı) pul sabitliyi məsələləri üzrə müdir müavini Alisara Mahasanthana Banqkokda bildirib.Söhbət Asiya-Sakit okean regionunda regional valyutaların istifadəsi proqramından gedir. Əvvəllər ölkənin tənzimləyicisi sərt valyutalarda volatillik olduqda buna müraciət edirdi.

Mərkəzi Bankın sədr müavini bildirib ki, proqram Çin yuanı, Malayziya ringgiti, İndoneziya rupiahı və yapon yeninə şamil edilir.

Mahasanthana qeyd edib ki, ABŞ dollarının əhəmiyyətli dəyişkənliyi dövründə region ölkələrində biznes operatorları ABŞ dolları əvəzinə bu siyahıdakı valyutalardan istifadə edə bilərlər. Bunun sayəsində valyuta məzənnələrindəki dalğalanmalarla bağlı riskləri azaltmaq olar, deyə o qeyd edib.Tailand tənzimləyicisi dəfələrlə ölkənin ABŞ dolları və digər valyutalara alternativ olan valyutalardan istifadə etməyə hazır olduğunu bildirib.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025