Mobil versiya
Səfirimizin qızı tələbələrin sumkasını “müsadirə edir”
Tarix: 31-10-2023 | Saat: 18:00
Bölmə:Seçki 2024 | çapa göndər

Səfirimizin qızı tələbələrin sumkasını “müsadirə edir”

Xatırladaq ki, bir neçə il bundan əvvəl aktualxeber.az saytında “Kollec direktoru təhsil ocağını bazara çevirib” və “Kollecdə direktorun müəllimə bacısının şok əməlləri” başlıqlı məqalələr dərc etmişdik. Həmin yazılarda BDU-nun nəzdindəki Bakı İqtisadiyyat və Humanitar Kollecinin o zamankı direktoru Rüxsarə Əliyevan təhsil ocağını rüşvət yuvasına çevirməkdə ittiham edilirdi. O zaman R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında "şirinlik" toplanması adi hal almışdı. Bundan əlavə, kollecdə “ölü ştatlar” var idi. R.Əliyevanın qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedirdi. Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırdılar. Kollec direktoru tələbələrdən alınan "hədiyyələri"bacısının əliylə toplayırdı. Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını belə göz tikibmiş. Hədiyyə yığımı kompaniyası o qədər geniş vüsət almışdı ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunmuşdular. Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün R.Əliyeva daha da irəli gedərək bacısı Sədaqəti və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətiribmiş. Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürübmüş. Sədaqət xanım isə hədiyyə yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir. Onun bir neçə adamdan iş düzəltmək və s. işlər adı altında böyük "məbləğlər" aldığı üçün polisə düşdüyü də deyilirdi. Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən hədiyyə toplaması idi ki, bu ənənə bu gün də davam edir.

Belə ki, Rüxsarə Əliyevanın işdən azad olunmasından sonra, yəni 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Səhər Orucovanın 12 noyabrda ad günü olacaq. Yeni direktor da köhnə ənənəni pozmayaraq müəllimlərə və şöbə müdirlərinə tapşırıb ki, ad gününə ancaq bahalı hədiyyə qəbul edə bilər. Bundan əlavə yeni direktor hədiyyə yığmağın da təzə üsullarını icad edibdi. Məsələn zəif oxuyan tələbələri özünə məxsus kursda ödənişli əsaslarla, hər fənndən müəyyən miqdar olmaqla oxumağa məcbur etdirir. Ora adı düşməyənlərin isə qiymət almaları müşkülə çevrilir. Ona görə də tələbələr məcburən kursa yazılmalı olurlar. Şirinlik yığanların isə sadəcə adları dəyişibdi. S.Orucovanın özü ilə BDU-dan gətirdiyi Günay və Gülnar bacıları direktorun əsas adamı kimi həm maliyyə yığımına baxırlar, həm də kursa gedəcək tələbələrə nəzarət edirlər. Bundan əlavə qapıda tələbələrin telefonlarını yığmaq adıyla qapıda duran nəzarətçi sumkadakı suları, şirniyyatları, təbii şirələri “müsadirə edərək” zibil qutularına atırlar. Məqsəd isə birdir. Direktora məxsus olan və akt zalının yanında yerləşən keçmişdə anbar olmuş, indiki gizli şəkildə işlətdiyi şirniyyat sexində bişirilənlərin satılmasıdır. Çünki acmış tələbə məcbur qalıb oradan nəsə almalıdır. Kollecin bufeti yeni təmir olunanda yemək gətirmək qadağan deyilmiş. Sex açıldlqdan sonra bu qadağalar qüvvəyə minibdi. Bütün yuxarıda qeyd etdiyimiz faktları tələbələr sosial şəbəkələrdə paylaşıblar. Səhər Orucovanın sürücüsü Kamil və keçmiş təsərrüfat müdiri Elnurun əməllərini isə yazmağa mentalitetimiz yol vermir. Ümidvarıq ki, yazdıqlarımız BDU rəhbərliyi və Elm və Təhsil Nazirliyi üçün də maraqlı olacaqdır və tezliklə lazımi tədbirlər görərək günahkarları da cəzalandıracaqlar.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

aia.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə