Gəncədə Türkiyə Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümü qeyd olunub -Foto
Tarix: 31-10-2023 | Saat: 18:17
Bölmə:Özəl | çapa göndər
Bu il Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olunur.
aia.az xəbər verir ki, bununla əlaqədar olaraq Gəncədə təntənəli tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı, general-leytenant Ənvər Əfəndiyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAU-nun rektoru Zəfər Qurbanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Milli Məclisin üzvləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnləri səsləndirilib.
Recep Öztop Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Konsul Recep Öztop Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edib.
Gəncə ŞİH-nin başçısı Niyazi Bayramov Cümhuriyyət elan edilməsinin 100-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Natiq qeyd edib ki, yubileylə əlaqədar olaraq Gəncə şəhərində silsilə tədbirlər həyata keçirilib. Şəhər rəhbəri Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.
Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.
Qeyd edək ki, 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib. Cümhuriyyətin elanından sonra Mustafa Kamal Atatürk Türkiyənin ilk Prezidenti seçilib. 1925-ci ildən etibarən hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər