Çin Müdafiə Nazirliyi ABŞ-ı dünyada xaosun əsas mənbəyi adlandırıb
Tarix: 31-10-2023 | Saat: 16:35
Bölmə:Özəl | çapa göndər
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bildirib ki, ABŞ hökuməti müasir dünyada xaosun əsas mənbəyi və qlobal iğtişaşların “pərdəarxası manipulyatorudur”. Onun sözlərinə görə, Çinin “Global Times” nəşrinə istinadən Vaşinqton Ukrayna və İsraili aktiv şəkildə silahla təmin edir, həmçinin digər dövlətlərin ərazisində öz hərbi bazalarını tikir.ABŞ müharibəyə aludə olub. Mövcud olduqları 240 ildən artıq müddətdən yalnız 16-da döyüşməyiblər. Onlar dünyanın 80-dən çox ölkəsində və regionlarında 800-dən çox xaricdə hərbi baza tikiblər. <....> Faktlar sübut etdi ki, Birləşmiş Ştatlar beynəlxalq nizamda xaosun əsas mənbəyi, dünya iğtişaşlarının pərdəarxası manipulyatorudur”, - Vu Qian bildirib.Çinin müdafiə departamenti tükənmiş uran mərmilərinin Kiyevə daşınmasına, həmçinin Amerika təyyarədaşıyan döyüş qruplarının Aralıq dənizinə göndərilməsinə xüsusi diqqət yetirib. Çin Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ABŞ hökuməti öz hərəkətləri ilə planetin müxtəlif regionlarında vəziyyəti sabitsizləşdirir.
Qeyd olunur ki, Çin Müdafiə Nazirliyi dəfələrlə ABŞ-ı təxribatlarda, o cümlədən Tayvan boğazında ittiham edib. 2023-cü ilin avqustunda Vu Qian bildirib ki, Vaşinqton müntəzəm olaraq öz səhv bəyanatları və hərəkətləri üçün bəhanələr axtarır, eyni zamanda dünyanın digər ölkələrinin nümayəndələrinin bəyanatlarına məhəl qoymur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər