Mobil versiya
Niyazi Nəcəfov: “Aərbaycanın “Dəmir yumruğu” ölkənmizi bundan sonra da istənilən təcavüzdən qorumağa qadirdir”
Tarix: 30-10-2023 | Saat: 13:17
Bölmə:Özəl | çapa göndər

Niyazi Nəcəfov: “Aərbaycanın “Dəmir yumruğu” ölkənmizi bundan sonra da istənilən təcavüzdən qorumağa qadirdir”

“2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin nəticələri baxımından müstəsna dərəcədə böyük əhəmiyyət kəsb edən bir hadisə idi. Əbəs yerə deyil ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. Dövlətimizin başçısı Şuşanın işğaldan azad olunmasının vacibliyini vurğulayaraq belə demişdi: “Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Məhz bu səbəbdən də Azərbaycan xalqının gücünün və birliyinin əsl təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi Qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov deyib.

Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, Vətən müharibəsində Azərbaycana tarixi Qələbəsini qazandıran ən mühüm amillərdən biri Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühitidir. Məhz xalqın birliyi və ədalətli mövqeyi dövlət başçısının ətrafında “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuş və tarixi ədaləti bərpa etmişdir: “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə,indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirərək torpaqlarımızı düşməndən təmizləmiş, erməni faşizmini məhv etmişdir. Azərbaycan cəmiyyətində formalaşmış milli birlik və həmrəylik mühitinin tez bir zamanda ölkədaxili siyasi müstəviyə də sirayət etməsi dövlətimizin gücünü daha da artırmışdır. Vətən müharibəsi zamanı siyasi partiyaların Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat, 2 müraciət və 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin müraciətləri imzalandı. Hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə də savaş açmışdılar. Bu savaşın isə əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin Prezident İlham Əliyev müharibənin davam etdiyi bütün dövr ərzində, davamlı olaraq verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu. Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin üçüncü ildönümünü böyük coşqu ilə qeyd edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi bu möhtəşəm Zəfərlə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli Bəyanatla 30il davam edən münaqişəyə və işğala son qoyuldu.”

Daha sonra Niyazi Nəcəfov Müzəffər Ordumuzun ən yeni texnologiyalara yiyələnməklə, müasir döyüş taktikasının müəllifi olduğunu da vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil olunaraq belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Bunun daha bir sübutu da əlbəttə ki, bu ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbirinin nəticələri oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 24 saatdan da az müddət ərzində apardığı əməliyyat nəticəsində ölkəmizdə separatizmin kökünü kəsdi. Vətən müharibəsi başa çatdıqdan sonra da Azərbaycan ərazilərdən çıxarılmamış Ermənistan silahlı qüvvələrinin hissələri və Xankəndidə yaradılmış qondarma rejimin qanunsuz silahlı birləşmələri qeyd-şərtsiz təslim oldular. Bununla da Azərbaycan artıq bütün Qarabağ ərazisində özünün konstitusiya quruluşunu bərpa etdi” – deyə, Niyazi Nəcəfov müsahibəsini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025