Mobil versiya
Yaponiya turistləri Tokiodan qovmaq qərarına gəlib
Tarix: 31-10-2023 | Saat: 10:07
Bölmə:Özəl / Dünya | çapa göndər

Yaponiya turistləri Tokiodan qovmaq qərarına gəlib

Yaponiya hakimiyyəti turistlərin həddindən artıq çoxluğu ilə mübarizə planı hazırlayıb. Sənəddə səyahətçilərin bir hissəsinin ölkə üzrə paylanmasına, həmçinin ən populyar şəhərlərdə nəqliyyat infrastrukturunun gücləndirilməsinə kömək edəcək tədbirlər sadalanır.
Günəş Ölkəsinin Turizm Nazirliyinin ilk addımı turizm mövsümündə daşıyıcıların yükünü azaltmaq məqsədilə avtobus və taksi parkının genişləndirilməsidir. Bundan əlavə, ən çox ziyarət edilən ərazilərə birbaşa marşrutlar fəaliyyət göstərəcək və pik saatlarda gediş haqqı aşağı salınacaq.

Sənəddə həmçinin Yaponiyanın ən populyar şəhərləri olan Tokio, Osaka və Kyotoda turist sıxlığı probleminin həlli də öz əksini tapıb. Səyahətçilərin konsentrasiyasını azaltmaq üçün onlara İse-Şima və Hokkaydo şərqi kimi daha az tanınan ərazilərə 11 alternativ istiqamət təklif ediləcək.

Və bu yaxınlarda rus turistlər də xoş xəbər aldılar. Şri-Lanka hakimiyyəti onlar üçün pulsuz viza tətbiq edib. Life dedi ki, daha iki ştat tezliklə oxşar qərar qəbul edə bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025