Mobil versiya
Atbulaq kəndinin sakinləri həftənin ilk “Açıq mikrofon” aksiyasında -Foto
Tarix: 30-10-2023 | Saat: 16:51
Bölmə:Seçki 2024 | çapa göndər

Atbulaq kəndinin sakinləri həftənin ilk “Açıq mikrofon” aksiyasında

SOCAR “Azəriqaz” İB-nin Hacıqabul rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

aia.az xəbər verir ki, aksiya rayonun Atbulaq kəndində baş tutduğundan tədbir iştirakçılarının əksəriyyəti də adıçəkilən kəndin sakinləri olub. Mikrofon önünə çıxan abonentlərdən 3 nəfəri abonent məlumatlarında dəyişikliklərin edilməsini xahiş edib. Digər 3 müraciətə gəlincə, bunlar qaz sayğacının yenisi ilə əvəzlənməsi, debitor borcun araşdırılması və yeni yaşayış massivinin qazlaşdırılması kimi məsələlərlə bağlı olub. Görüşdə ünvanlanan problem və təkliflərin araşdırılması məqsədilə bütün müraciətlər Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə