Mobil versiya
Birliyin 4 müxtəlif kənddən olan abonentləri “Açıq mikrofon”da bir araya gəldi -Foto
Tarix: 27-10-2023 | Saat: 21:20
Bölmə:Seçki 2024 | çapa göndər

Birliyin 4 müxtəlif kənddən olan abonentləri “Açıq mikrofon”da bir araya gəldi

Həftənin sonuncu “Səyyar qəbul otağı”na Astara rayonunun Səncərədi, Deqədi, Şahağac və Şiyəkəran kəndlərindən olan sakinlər qatılıb. Müxtəlifyönümlü müraciətlərin sayı 16 olub. Sayı müraciətlərin məğzinə görə bölsək, 2 nəfər yeni yaşayış massivinin, 3 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını, 4 nəfər sayğacla qaz xəttinin yerinin dəyişdirilməsini, 2 nəfər küçə qaz xəttinin çəkilməsini və 5 nəfər işlə təmin olunma barədə xahiş edib. Lənkəran RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətləri aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alıb.
Aksiyanın davamı kimi şəhid ailəsinin fərdi yaşayış evinin qazlaşması ilə bağlı müraciətinə yerində baxış keçirilib. Rayonun Nurupaşa küçəsində yerləşən fərdi yaşayış evinin Birliyin daxili imkanları hesabına qazlaşdırılması qərara alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə