Mobil versiya
AZƏRBAYCAN BÜTÜN SAHƏLƏRDƏ OLDUĞU KİMİ ENERJİ SAHƏSİNDƏ DƏ ETİBARLI TƏRƏFDAŞDIR!
Tarix: 27-10-2023 | Saat: 17:31
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN BÜTÜN SAHƏLƏRDƏ OLDUĞU KİMİ ENERJİ SAHƏSİNDƏ DƏ ETİBARLI TƏRƏFDAŞDIR!

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Reallığa çevrilən hər bir layihə keçilən yolun təhlilini bir zərurətə çevirir. Bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə, ilyarım ərzində açılış mərasimin keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimini Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbir kimi dəyərləndirən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir “Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir” fikirləri ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etdi. O da bildirildi ki, Qaradağ Günəş Elektrik Stansiyası ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir.
Bu, 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək və karbon dioksid emissiyalarını ildə 200 min ton azaldacaq layihədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir: “Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Məhz yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Sözügedən açılış mərasimində də qeyd olunduğu kimi, Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirildi. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.” “Azərbaycan davamlı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin reallığa çevrilməsi ilə dünyanın diqqətindədir. Bu fikir daim qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur qazandırmır. Əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirir. Neft gəlirlərinin səmərəli istifadəsi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  Azərbaycanın malik olduğu təbii ehtiyatların sərvətə çevrilməsini təmin etməklə bugünkü inkişafa, tərəqqiyə geniş yol açdı. Dövlət başçısı İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında  bir daha diqqəti Azərbaycanın enerji diplomatiyasının uğurlarına yönəldərək bildirdi ki, tədbir çərçivəsində  üç investisiya sazişinin  imzalanması  planlarımızın  daha geniş olduğunu təsdiqləyir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq. Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025