Mobil versiya
Kollecdə mediasiyaya dair  maarifləndirici  görüş keçirilib -Foto
Tarix: 27-10-2023 | Saat: 16:31
Bölmə:Təhsil | çapa göndər

Kollecdə mediasiyaya dair  maarifləndirici  görüş keçirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Mediasiya haqqında”Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirici görüş keçirilib.
    3 saylı Mediasiya Təşkilatının rəhbəri Paşa Səfərovun rəhbərliyi ilə kecirilən görüşdə tələbələrə mediasiya anlayışı, tərəflərin qarşılıqlı anlaşmasında mediasiyanın yaratdığı imkanlar haqqında geniş məlumat verilib.
    Tədbirdə ekspert qismində iştirak edən vəkillər və mediatorlar Balaca Cəfərov və Maksim Lətifov mübahisələrin həlli məsələsində mediasiyanın faydası və gələcək perspektivləri barədə tələbələrə ətraflı məlumat veriblər.
   Sonda tələblərin sualları cavablandırılıb, mediasiya sahəsində təklifləri dinlənilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024