Mobil versiya
Mişel Aİ-ni maliyyələşdirmə ilə bağlı problemlərə baxmayaraq, Kiyevə yardımı təsdiqləməyə çağırıb
Tarix: 27-10-2023 | Saat: 12:26
Bölmə:Özəl | çapa göndər

Mişel Aİ-ni maliyyələşdirmə ilə bağlı problemlərə baxmayaraq, Kiyevə yardımı təsdiqləməyə çağırıb

Avropa Şurasının rəhbəri Çarlz Mişel Ukraynaya yardımın maliyyələşdirilməsi mənbələri ilə bağlı cəmiyyətdə fikir ayrılıqlarına baxmayaraq, onun davam etdirilməsini təsdiqləməyə çağırıb.“Aİ Ukraynaya yardımın davam etdirilməsini təmin etməlidir. Əminəm ki, həll yolu tapılacaq. Dünən biz büdcəyə yenidən baxılması ilə bağlı dərin müzakirə apardıq... Biz konsensus əsasında qərar verməliyik”, - deyə TASS onun sözlərinə istinad edir.

Bir sıra Avropa ölkələrinin 2027-ci ilə qədər Kiyevə yardımın maliyyələşdirilməsi üçün Aİ büdcəsinə əlavə töhfələrin verilməsi çağırışının qarşısını alması ilə bağlı sualı siyasətçi belə cavablandırıb.
Məsələn, məlum olub ki, Slovakiyanın baş naziri Robert Fiko və Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukrayna üçün 50 milyard avroluq paketinə qarşı çıxıblar.

Nəticədə Aİ ölkələri Kiyevə yardım üçün büdcə ilə bağlı razılığa gəlmədi.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025