Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir -Foto
Tarix: 27-10-2023 | Saat: 11:46
Bölmə:Özəl | çapa göndər
Bu il Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu yubiliey təkcə qardaş Türkiyə üçün deyil, bütün Türk dünyası üçün qürur mənbəyi olan bir tarixdir.
aia.az xəbər verir ki, əlamətdar yubiley münasibətilə Gəncə şəhərində silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 28 saylı tam orta məktəbin həyətində ağacəkmə aksiyası gerçəkləşib.
Aksiyada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhər İHB Aparatının məsul əməkdaşları, müəllim və şagird kollektivi iştirak ediblər. Ağacəkmə aksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 100 ədəd ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyadan sonra məktəbin kollektivi tərəfindən tədbirin bədii hissəsi keçirilib. Öncə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib. Daha sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin tarixi barədə çıxışlar dinlənilib. Məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri müxtəlif kompozisiyalarla çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025