164 saylı məktəbin fəaliyyətinə dair irəli sürülən ittihamlar öz təsdiqini tapmadı
Tarix: 26-10-2023 | Saat: 15:13
Bölmə:Özəl | çapa göndər
AİA.az saytı olaraq biz artıq uzun müddətdir ki, ölkənin media sahəsində kifayət qədər effektiv şəkildə fəaliyyət göstəririk. Bu sahədə çalışdığımız bütün müddət ərzində şəffaflıq, dürüstlük və dəqiqlik prinsiplərini hər zaman əlimizdə rəhbər tutmuşuq və bütün fəaliyyətimizi məhz bu meyarlar üzərində qurmuşuq. Ötən illər ərzində qazandığımız geniş oxucu auditoriyasının və çoxsaylı tərəfdaşlarımızın bizə göstərdikləri etimad və inam da məhz obyektivliyimizin və ən əsası, bütün hallarda işıqlandırdığımız hadisələrə qərəzsiz yanaşma nümayiş etdirməyimizin nəticəsidir.
Lakin, necə deyərlər, iş olan yerdə nöqsanlar da olur. Təəssüflər olsun ki, çox nadir hallarda olsa da, bəzən bizim də saytımızda bu və ya digər məlumatın tam araşdırılmadan, dəqiqliyi sonadək yoxlanılmadan dərc edilməsi halları baş verir (obyektiv və ya subyektiv səbəblərdən). Əlbəttə ki, bu kimi halların qəsdən, hansısa qərəz zəminində baş verməsi qeyri-mümkündür və dərc olunmuş məlumatların reallığı əks etdirmədiyi aşkar olunan kimi, həmin materiala operativ şəkildə təkzib vermək bizim borcumuzdur.
Bir müddət əvvəl redaksiyamıza daxil olan məlumatlar əsasında saytımızda Bakının Nəsimi rayonu ərazisində yerləşən 164 saylı tam orta məktəbin fəaliyyətilə bağlı tənqidi xarakterli məqalə dərc olunmuşdu. Etiraf etməliyik ki, məqalə hazırlanarkən müəllif əldə etdiyi məlumatların obyektivliyini tam araşdırmamış, təqdim olunan açıqlamaların, irəli sürülən irad və ittihamların nə dərəcədə və hansı sübutlarla əsaslandırıldığını sonadək yoxlamamışdır. Əlbəttə, bu səhlənkarlığa müəyyən qədər məktəblərin həmin dövrdə yay tətillərində olmasının da səbəb olduğunu ehtimal etmək olar. Lakin bu, heç bir halda nə yazı müəllifinə, nə də saytımıza bəraət vermir. İstənilən halda, saytımızda dərc olunmuş yazıda 164 saylı məktəbin, eləcə də bu təhsil müəssisəsinin direktoru Kəmalə xanım Qədirovanın fəaliyyətinə dair həqiqəti əks etdirməyən məlumatlar yer almışdır.
Bunun nəticəsi olaraq, saytımızın rəsmi facebook səhifəsinə məktəbin müəllim heyəti tərəfindən kütləvi şəkildə etiraz və iradlar daxil olmuşdur. Bundan sonra bizim tərəfimizdən 164 saylı məktəbdə mövcud vəziyyətin öyrənilməsi, eləcə də redaksiyamıza daxil olan məlumatların obyektivliyinin ciddi şəkildə yoxlanması məqsədilə ətraflı araşdırma aparılmışdır. Az öncə də qeyd olunduğu kimi, bizə daxil olan məlumatların əsassız olduğu və həqiqəti əks etdirmədiyi çox qısa zaman ərzində müəyyən edildi. Əlbəttə ki, biz də bu məlumatların saytımızda dərc olunduğuna görə təəssüf edirik.
Ümumilikdə 164 saylı məktəbin fəaliyyətinə gəlincə isə, ilk növbədə bu təhsil müəssisəsində çalışan kollektivin birliyi, həmrəyliyi xüsusi vurğulanmalıdır. Həqiqətən də “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarı sanki məhz bu kollektiv üçün yaradılıb. Müəllimlər də etiraf edirlər ki, onlar məktəbdə bir-birilərini iş yoldaşları kimi deyil, bir ailənin üzvləri kimi qəbul edirlər. Məktəbdə bu şəraitin, bu ab-havanın yaradılması isə, bilavasitə məktəb direktorunun səyləri nəticəsində mümkün olub. Kollektivin hər hansı bir üzvü ilə təmasa girdiksə, hər kəs Kəmalə xanımın insansevərliyindən, obyektivliyindən və əlbəttə ki, tələbkarlığından ağız dolusu danışdı. Yeri gəlmişkən, görünür məhz elə bu tələbkarlığın nəticəsidir ki, 164 saylı məktəb son illər ərzində məzunlarının ali məktəblərə daxil olma göstəricilərinə görə Bakının orta təhsil müəssisələri arasında ilk onluqda davamlı olaraq öz mövqeyini qoruyub saxlayır.
Sonda şəxsən Kəmalə xanıma və 164 saylı məktəbin bütün kollektivinə baş vermiş anlaşılmazlığa görə üzrxahlığımızı bildiririk və gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlərə imza atmaqlarını arzu edirik.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025