Mobil versiya
Lavrov ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə Rusiyanın reaksiyasından danışıb
Tarix: 26-10-2023 | Saat: 12:59
Bölmə:Özəl | çapa göndər

Lavrov ABŞ-ın Avropada nüvə silahı yerləşdirməsinə Rusiyanın reaksiyasından danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ-ın nüvə silahlarının Avropada yerləşdirilməsinə cavab verməyə məcbur olacaq. Bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.Lavrovun sözlərinə görə, Amerika nüvə silahlarının Avropada yerləşdirilməsinə cavab olaraq, Kreml kompensasiya tədbirləri görməyə məcburdur.

“NATO tərəfindən təhdidlərin ümumi artımı fonunda biz kompensasiya tədbirləri görməyə məcburuq”, - Lavrov qeyd edib.

O izah edib ki, Avropada nüvə silahının yerləşdirilməsi Rusiya üçün strateji risklər daşıyır.Bundan əvvəl müdafiə təhlükəsizliyi və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bəyan etmişdi ki, Ukrayna rəhbərliyi Vaşinqton və tərəfdaşları ilə əməkdaşlıq edərək Rusiya Silahlı Qüvvələrinə qarşı təhlükəli kimyəvi təxribatlardan istifadə etməyə hazırlaşır.

Onun fikrincə, Ukrayna döyüş meydanındakı vəziyyəti öz xeyrinə düzəldə bilməz və buna görə də müttəfiqlərindən bu hərəkətlərə qəti qiymət vermələrini xahiş edir.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025