Mobil versiya
Üç ölkə Rusiya və Şimali Koreyanı BMT qətnamələrini pozmaqda ittiham edib
Tarix: 26-10-2023 | Saat: 11:02
Bölmə:Özəl | çapa göndər

Üç ölkə Rusiya və Şimali Koreyanı BMT qətnamələrini pozmaqda ittiham edib

Cənubi Koreya, ABŞ və Yaponiya birgə bəyanat yayaraq, Şimali Koreyanı Rusiyaya sursat və hərbi texnika tədarük etməkdə ittiham edib və iki ölkə arasında mümkün əməkdaşlığı “qətiyyətlə pisləyib”. Bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.Cənubi Koreya, ABŞ və Yaponiyanın aparıcı diplomatlarının birgə bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyanın Rusiyaya silah tədarükü ilə bağlı iddiaları şayiələr adlandırmasından bir neçə gün sonra yayımlanıb.

Vaşinqton, Seul və Tokio bir neçə belə təslimatı təsdiqləyən sübutlar əldə etdiklərini söylədi.
“Rusiyanın KXDR-dən hərbi texnika əldə etmək cəhdlərini ifşa etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə işləməyə davam edəcəyik”, - deyə üç ölkənin bəyanatında vurğulanır.

Bəyanatda qeyd olunub ki, Şimali Koreyaya və ya Şimali Koreyadan silah ötürülməsi, habelə Şimali Koreyanın kütləvi qırğın silahları, ballistik raket və ya adi silah proqramları ilə bağlı bəzi əşyaların və texniki əməkdaşlığın KXDR-ə ötürülməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozacaq.Üç ölkənin nümayəndələri vurğulayıblar ki, Rusiya Təhlükəsizlik Şurasında bu qətnamələrə səs verib.KXDR-dən Rusiyaya silah tədarükü ilə bağlı söz-söhbətlər sentyabr ayında Şimali Koreya lideri Kim Çen Inın Uzaq Şərqə getdiyi və orada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra güclənib.

Görüşdən əvvəl ABŞ Milli Təhlükəsizlik Şurası Kimin Rusiya ilə silah tədarükü ilə bağlı “yüksək səviyyəli danışıqlar” gözlədiyini bildirib. Birləşmiş Ştatlar Şimali Koreyanı Moskva ilə danışıqları dayandırmağa və “Pxenyanın üzərinə götürdüyü ictimai öhdəliklərə əməl etməyə” çağırıb.

ABŞ, Cənubi Koreya və Yaponiya hesab edir ki, Şimali Koreya silah-sursat tədarükü müqabilində nüvə proqramını genişləndirmək üçün müasir silah texnologiyaları əldə etməyə çalışır.



aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025