Əhməd İsmayılov Menderes Dəmirlə görüşdü - FOTO
Tarix: 25-10-2023 | Saat: 17:29
Bölmə:Manşet / Media | çapa göndər
25 oktyabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan Türkiyə İnternet Media Birliyinin sədri Süleyman Basa və sədr müavini, Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Dəmir ilə görüş keçirilib.
aia.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib, Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Türkiyə İnternet Media Birliyinin sədri Süleyman Basa isə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması məsələlərinə toxunub, həmçinin perspektivdə dayanan planlara diqqət çəkib.
Görüş zamanı türk dövlətlərinin media sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024