"Üçüncü devalvasiya baş verdi" - Əkrəm Həsənov
Tarix: 05-09-2016 | Saat: 17:02
Bölmə:İqtisadiyyat | çapa göndər
Manatın ucuzlaşması, dollar qıtlığının yaranması və bankların dollar satışının dayandırması “qara bazar”ı daha da akrivləşdirib. Maraqlı məqam budur ki, dollar satışını dayandıran bankların sayının 25-ə çatmasına və satışı davam etdirən bankların 100-200 dollarlıq limit qoymasına baxmayaraq, “qara bazar”da bu valyutanı tapmaq asandır. Bu gün istənilən qədər dolları “qara bazar”da tapmaq mümkündür.
Sual yaranır ki, “qara bazar” dolları haradan tapır? Bank üzrə ekspert Əkrəm Həsənov Qaynarinfo.Az-a açıqlamasında bu və digər sualları cavablandırıb.
Ekspert bildirib ki, “qara bazar”ın arxasında elə banklar dayanır: “Dollar qıtlığının obyektiv səbəbləri var. Çünki Mərkəzi Bank və Neft Fondu kifayət qədər dollar satmır. Banklar da yaranmış vəziyyətdən sui-istifadə edirlər. Banklara da dolları “qara bazar”da satmaq sərf edir. Çünki Mərkəzi Bankın rəsmi məzənnəsindən asılı olaraq alış məzənnəsi maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı müəyyən edilib. Qoyulan limit (marja) banklara sərf etmədiyindən “qara bazar”dan istifadə edir.
Nəzarəti isə Maliyyə Bazarlarına Nəzarət Palatası aparır. Palata yalnız banklara nəzarət etdiyindən “qara bazar”a müdaxilə edə bilmir. Buna hüquq-mühafizə orqanları nəzarət etməlidi. Amma o da yetərincə deyil. Çünki adi küçə ticarəti ilə məşğul olan adamı polis dərhal aşkarlayır. Ancaq valyuta satışı ilə məşğul olanlara isə şərait yaradılır.
Mərkəzi Bank və Neft Fondu bankların tələbatına uyğun məbləğdə dollar satsaydı, qıtlıq yaranmazdı. Bu zaman banklar da ehtiyaclarını ödəyən qədər dollar əldə edərdi. Belə çıxış ki, dollar qıtlığını Mərkəzi Bank özü yaradır. Bunun da müəyyən səbəbləri var. Amma onu deyə bilərəm ki, artıq üçüncü devalvasiya baş verib. Sadəcə olaraq, Mərkəzi Bank siyasi və ya digər məsələlərə görə bunu açıqlamır".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024