Mobil versiya
Peskov: “Rusiya “Balticconnector” qaz kəmərini zədələməkdə ittiham olunmayıb.
Tarix: 25-10-2023 | Saat: 13:43
Bölmə:Özəl | çapa göndər

Peskov: “Rusiya “Balticconnector” qaz kəmərini zədələməkdə ittiham olunmayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Balticconnector qaz kəmərinə ziyan vurmaqda ittiham olunmayıb.Peskov qeyd edib ki, Qərbdə Balticconnector hadisəsindən sonra “bunun arxasında Rusiya dayansa, nə baş verəcəyi” ilə bağlı spekulyasiyalar başlayıb.

“Ancaq hər halda, heç kim Rusiyanı günahlandırmadı. Biz əvvəldən dedik ki, araşdırma nəticəsində vəziyyətə aydınlıq gətirilməyənə qədər hər hansı bu cür əsaslandırmanın məqsədəuyğun olma ehtimalı azdır”.Oktyabrın 8-də Finlandiya və Estoniya arasında qaz kəməri mümkün sızma səbəbindən bağlanıb. Finlandiya prezidenti Sauli Niinistö zərərin xarici təsirlərin ola biləcəyini deyib.

Latviya lideri Edqars Rinkeviç, Moskvanın qaz infrastrukturuna ziyan vurmaqda əli olduğu təhqiqat nəticəsində aşkar olunarsa, Baltik dənizinin bütün Rusiya gəmiləri üçün bağlanmasına icazə verib.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025