Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi
Tarix: 25-10-2023 | Saat: 11:40
Bölmə:Özəl | çapa göndər
Qubadlı şəhərinin işğaldan azad olunduğu 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş,yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, bu yüksəkliklər götürülməli idi. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək, ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini düşməndən təmizlədi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri azad etdilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Qırx dörd günlük Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır.Tarix Zəfərdən sonra 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Qubadlıya səfər ediblər. Dövlət başçısı Qubadlıda Azərbaycan bayrağını ucaldıb.Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayan dövlətimizin başçısı qeyd edib ki, düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcək.Bu gün Qubadlı rayonunda da möhtəşəm yenidənqurma işləri böyük vüsətlə həyata keçirilir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il 25 oktyabr tarixində Qubadlıya etdikləri səfərin gedişində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, eləcə də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmələri xüsusi önəm kəsb etmişdi.
Qeyd edək ki, 2021-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilən Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmin görüşdə Qubadlı şəhərinin və kəndlərin yenidən qurulması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, yerli sakinlərin arzu və istəkləri şəhərin Baş Planında nəzərə alınıb. Azərbaycan 9-u şəhər olmaqla tamamilə dağıdılmış yüzlərlə yaşayış məntəqəsinin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Mütəxəssislərin fikrincə, bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada presedenti olmayan meqalayihədir. Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Azad edilmiş ərazilərdə həyata keçirilən müasir quruculuq işlərinə "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, "yaşıl enerji" və "sıfır tullantı" konsepsiyaları daxildir. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb. Böyük əhəmiyyət kəsb edən infrastruktur lahiyələr uğurla icra olunur, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gəlib. Düşmənin amansızlıqla dağıtdığı və məhv etdiyi yurd yerləri yaxın zamanlarda öz sakinlərini qəbul edəcək, qubadlılar da öz dədə-baba yurdlarına dönəcək, yeni arzularla, gələcək naminə quruculuq həvəsi ilə Qubadlıda həyat sürəcəklər.Möhtərəm Prezidentimizin rəhbərliyi ilə düşmənin xarabalığa çevirdiyi torpaqlarımız yenidən dirçəlir. Ermənilərin taladıqları və dağıtdıqları Qubadlının tarixi, mədəni, ictimai abidələri yenidən bərpa olunacaq. Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun bir ərazisi olaraq müasirliyə qovuşmuş yeni bölgəmiz olacaq.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025
14-01-2025