Sabirabadda yeni suvarma mövsümü üçün hazırlıq işləri gedir -Foto
Tarix: 25-10-2023 | Saat: 09:04
Bölmə:Parlament / İqtisadiyyat | çapa göndər
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, Sabirabad Suvarma Sistemləri İdarəsi rayon ərazisində xidməti sahəsində olan bütün istiqamətlərdə meliorativ tədbirlərini davam etdirir. Hazırda bir-neçə torpaq məcralı kanalın lildən təmizlənməsi işləri həyata keçirilir. Görülən işlər nəticəsində suvarma suyunun maneəsiz axını təmin olunur, su əkin sahələrinə itkisiz olaraq çatdırılır. Su itkisinin qarşısının alınması istiqamətində idarə tərəfindən bu il Qəfər arxının beton üzlüyə alınması nəzərdə tutulub. Növbəti il üçün isə daha 3 kanalın betonlanması nəzərdə tutulur.
Bu il Sabirabad rayonunda suvarma mövsümü uğurla başa çatıb, bəzi sahələrdə isə davam edir. Rayonda əkilən 12000 hektardan artıq pambığın suvarılması 3 dəfəyə yaxın aparılıb. O cümlədən taxıl və digər kənd təsərrüfatı bitkiləri də normalara uyğun olaraq suvarılıb.
Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 2300 km-dən uzun olan suvarma kanalları, 3300 km-dən artıq isə kollektor-dren şəbəkəsi mövcuddur. Hazırda balansda olan bütün nasos stansiyaların sazlığına diqqət yetirilir və fəaliyyətləri tam təmin olunur.
Qeyd edək ki, 67 min hektardan artıq əkin sahəsinə xidmət edən Sabirabad Suvarma Sistemləri İdarəsi rayon əraizisində əkilən taxıl, pambıq, yonca, çoxillik bitkilər, bostan-tərəvəz və dənlik qarğıdalı sahələrinin suvarılması ilə məşğul olur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024