Mobil versiya
İ. Əmənullayevin: “ Xalqımızın dövlət başçısının ətrafında sıx birləşibdir”
Tarix: 24-10-2023 | Saat: 15:38
Bölmə:Özəl | çapa göndər

İ. Əmənullayevin: “ Xalqımızın  dövlət başçısının ətrafında sıx birləşibdir”

24.10.2023-cü il tarixində YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevin növbəti görüşü rayonun Göyşaban kəndində oldu . Partiya fəalları ilə yanaşı bitərəflərin, kəndin ağsaqqallar və ziyalıların da iştirak etdiyi görüşdə çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətinə, siyasi irsinə, eləcə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasətə toxunan təşkilatın sədri daha sonra dedi:- Ölkədə əldə olunan uğurlar göstərir ki, xalqımızın dövlət başçısının ətrafında sıx birləşibdir. Bu həmrəyliyin bariz nümunələrindən biri də 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.
Həm də təşkilat sədri rayon təşkilatının bugünkü və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verərək, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyələrini diqqətə çatdırdı.
Görüşdə, həmçinin irəli sürülən təklif və problemlər qeydə alındı, İ. Əmənullayev partiya üzvlərinin verdiyi sualları cavablandırdı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025