Qəhrəmanlıq unudulmur
Tarix: 24-10-2023 | Saat: 11:24
Bölmə:Özəl | çapa göndər
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları Lənkəranda şəhid ailələrini ziyarət edib.
Ziyarət zamanı idarə rəisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində düşmən üzərində qazandığı şanlı qələbədən , Vətən uğrunda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan oğlanların şərəfli həyat yolundan, odlu səngərlərdə göstərdiyi şücaətindən danışıb. Həmçinin idarə rəis şəhid ailələrinə, müharibə veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da söhbət açıb, eləcə şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhid ailələri öz növbəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını bildiriblər.
Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları isə 44 günlük Vətən müharibəsi şəhidi , Baba Əhməd oğlu Qasımovun ailəsində olublar. Görüşdə Vətənini canında üstün tutub yolunda şəhid olan Babanın igidliyi haqqında danışmaqla, həm də onun xalqın qəlbində əbədi yaşamaqla, gələcək nəsillər də örnək olacağını deyiblər.
Muzeyin əməkdaşları daha sonra şəhidin ev muzeyində qorunan əşyaları ilə tanış olublar.
Şəhid ailəsinin üzvləri ölkəmizdə qazi və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ediblər.
Qeyd edək ki, Baba Qasımov Vətən müharibəsi zamanı Qubadlının azad edilməsi istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə qovuşub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda”, Füzulinin, Qubadlının və Xocavəndin azadlığına görə medallarla təltif edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025