Mobil versiya
SOCAR “Azəriqaz” İB-nin hədəfində Sədəf və Çuxuryurd kəndləri də var FOTO-VİDEO
Tarix: 24-10-2023 | Saat: 10:35
Bölmə:Seçki 2024 | çapa göndər

SOCAR “Azəriqaz” İB-nin hədəfində Sədəf və Çuxuryurd kəndləri də var

Qapımızın kandarında dayanan qış fəsli təxminən 2 aydan sonra ölkəmizə təşrif buyuracaq. Soyuq ayların iliyə işləyən şaxtası SOCAR “Azəriqaz” İB sayəsində bu ildən etibarən Qobustan rayonunun Sədəf kəndinin sakinləri üçün elə də dondurucu olmayacaq. Çünki adıçəkilən kənddə aparılan qazlaşma işlərində artıq son tamamlanma işləri həyata keçirilir. Görülən və görüləcək işlərin həcmini isə prosesə cavabdeh olan ustanın dilindən eşidək
Birliyin həyata keçirdiyi qazlaşma işləri Şamaxı rayonunun Çuxuryurd kəndində də davam edir. Ancaq Sədəf kəndindən fərqli olaraq burada genişlənmiş ərazinin qazlaşdırılması işləri aparılır. Və təxminən 30-a yaxın fərdi yaşayış evini mavi yanacaqla təchiz edəcək qaz xəttində son tamamlanma işləri görülür
Qeyd edək ki, SOCAR “Azəriqaz” İB-nin bölgələrdə həyata keçirdiyi qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirilir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə