Mobil versiya
İsraildə Qreta Tunberqin “ləğv edilməsi”...
Tarix: 23-10-2023 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər

İsraildə Qreta Tunberqin “ləğv edilməsi”...

İsrail məktəb kurikulumundan Qreta Tunberqə istinadları silmək qərarına gəlib
İsrail Təhsil Nazirliyi isveçli ətraf mühit fəalı Qreta Tunberqin Fələstinə və Qəzza zolağına dəstək ifadələrinə görə məktəb proqramından onun adının çıxarılmasına qərar verib. Bu barədə “The Jerusalem Post” yazır.

Şöbədən verilən məlumata görə, daha əvvəl “dərhal atəşkəs, ədalət və fələstinlilər üçün azadlıq” çağırışı edən Qreta Tunberq İsraildəki tələbələr üçün mənəvi dəyərlər baxımından “örnək olmaq” hüququnu itirib. Ölkənin Təhsil Nazirliyi hesab edir ki, ətraf mühit fəalı İsraildə dinc əhalinin, o cümlədən uşaqların ölümünə görə məsuliyyət daşıyan Fələstinin HƏMAS radikal hərəkatını dəstəkləyir.İsrailin Qəzza zolağında qaçqın düşərgəsinə zərbə endirdiyi açıqlanıb
İsrail Müdafiə Qüvvələrinin Cebaliya şəhərindəki qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində 30 nəfər həlak olub. Al Jazeera yerli mülki müdafiə qüvvələrinin məlumatlarına istinadən yazır ki, qurbanların əksəriyyəti qadınlar və uşaqlardır.

İsrail hərbçilərinin iki yaşayış binasına hava zərbələri endirdiyi iddia edilir. Dağıntılar altından 30 nəfərin cəsədi çıxarılıb. Ən azı 27 nəfər yaralanıb. Eyni zamanda xəstəxanalar “dərman və tibbi avadanlıqların kəskin çatışmazlığı” səbəbindən yaralılara keyfiyyətli xidmət göstərə bilməyəcəklərini bəyan ediblər.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025