Sevgisi Vətən olan oğullar...
Tarix: 23-10-2023 | Saat: 09:37
Bölmə:Özəl | çapa göndər
Dağlar diyarı Lerikin zirvə qartalları kapitan Əbülfəz Rəhmətov, əsgər Orxan Dənziyev 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında hünər göstərib adlarını Azərbaycanın yeni, şanlı tarixinə yazıblar . Hər iki qəhrəmanın Vətən, torpaq naminə şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşduğu gündən üç il ötdü. Bu münasibətlə qalib şəhidlərin xatirəsi doğulub boya-başa çatdıqları kəndlərdə anıldı.
Belə ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri , Ərazi Partiya təşkilatının fəalları, kənd sakinləri və şəhidlərin ailə üzvləri igid döyüşçülərin məzarlarının önünə gül çiçək dəstələri düzərək, əziz xatirələrini ehtiramla yad etdilər.
Xatırlayaq ki, şəhid Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində dünyaya göz açıb. 2006-cı ildə rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə başa vurub Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olub. Həmin məktəbi bitirəndən sonra leytenant rütbəsi alaraq, Vətənin keşiyində durub. O, müxtəlif hərbi hissələrdə tağım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlib və peşəkar, təcrübəli zabit kimi tanınıb, kapitan rütbəsini alıb .
Kapitan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan Vətən torpaqlarının azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi döyüşüb. Cəbrayılda, Qubadlıda gedən haqq savaşımızda hünər göstərib. Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb . Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Şəhid Orxan Mübariz oğlu 18 iyul 2002-ci ildə Lerik rayonunun Laman kəndində anadan olub. Vətən müharibəsi başlayanda ordu sıralarında xidmət etdiyinə görə ilk gündən cənnət məkan Qarabağın azad olunması uğrunda ölüm-dirim savaşına qatılıb. Gənc əsgər döyüşçü yoldaşları ilə çiyin-çiyinə vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirib. O, dəfələrlə ağır müharibədən qalibi çıxıb. Vətənini canından üstün tutan igid əsgər Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət göstərərək şəhadətə yetib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən müharibəsi iştirakçısı”, "Vətən uğrunda" Suqovuşanın və Ağdamın azadlığına görə medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025